Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kollecində 17.12.2024-cü il tarixdə “COP29-un Azərbaycana faydaları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbirdə çıxış edənlər COP29 tədbirinin qlobal və regional miqyasda əhəmiyyəti barədə geniş danışdılar.
Həmçinin bildirdilər ki, COP29-dan sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını, ölkəyə yaşıl gələcək qurmaq məqsədlərinə çatmasına töhfə verməklə yanaşı ekoloji sahədə həm texniki, həm də maliyyə dəstəyinin güclənəcəyini, yerli və beynəlxalq ekspertlər arasında əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin artacağını, iqtisadi və sosial sahələrdə tətbiq olunacaq yeniliklərin ümumi və dayanıqlı inkişafa, vətəndaşların rifahının yaxşılaşmasına, nəhayət, onların ekoloji cəhətdən daha məsuliyyətli davranış sərgiləməsinə müsbət təsir edəcəyini proqnozlaşdırmaq olar.