Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kollecində ilə 10.12.2024-cü il tarixdə «Yaşıl dünyamızı qoruyaq» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Seminarda çıxış edən kollecin direktor müavini Şahmurad Məmmədov bildirdi ki, son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir. Bəlkə də bütün bunlar təbiətin hədsiz istismarına, insafsızlığa etiraz əlamətidir. Gəlin etiraf edək ki, biz təbiətdən daha çox şey götürməyə tələsirik.
Bugünkü həyatımızı daha firavan qurmaq üçün təbii ehtiyatlardan israfçılıqla istifadə edir, götürdüyümüzün yerini doldurmağa təşəbbüs belə göstərmirik.
Daim yeniliklərə imza atan Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili”ndən irəli gələn vəzifə və öhdəlikləri layiqincə yerinə yetirmişdir.
Sonda videçarx nümayiş olunmuş və maarifləndirici bukletlər paylanılmışdır.