Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kollecində ilə 02.12.2024-cü il tarixdə «İqlim dəyişikliyinin təsirləri və iqlim fəaliyyətləri» mövzusunda seminar keçirilmişdir. Seminarda müəllim və tələbə heyəti iştirak etmişdir.
Seminarda çıxış edən kollecin direktor müavini Şahmurad Məmmədov bildirdi ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır.
Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Dövlət başçısı tərəfdən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi il ərzində bu sahədə fəaliyyətin genişləndiriləcəyindən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.
Seminarda iqlim dəyişmələrinin səbəb və nəticələri, Azərbaycanda iqlim dəyişikliyi fəaliyyəti məlumatlar çatdırıdı və gənclərə yaşıl düşüncə tərzinin formalaşdırılması ilə bağlı praktiki biliklər ötürüldü.
Sonda suaalar cavablandırıldı və bukletlər paylanıldı.