Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 01.11.2024-cü il tarixdə  «Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər ilə bağlı Elm və Təhsil  Nazirliyinin  2024-cü il üzrə iş Planına uyğun  olaraq tədbir keçirilmişdir.

    Tədbirin məqsədi kollecdə elektron informasiya resurslarından istifadənin və rəqəmsəllaşma istiqamətində pedaqoji işçilərin bacarığının yüksəldilməsi və bu istiqamətdə maarifləndirmə  olmuşdur.  Tədbirdə müəssisə rəhbərliyi, pedaqoji heyət, iştirak etmişlər.

       İnformasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və qorunması məqsədilə informasiya texnologiyalarından istifadə ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir. 

 Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 
      Sonda iştirakçılara bukletlər paylanmışdır.
Прокрутить вверх