Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 07.11.2024-cü il tarixdə  “Yaşıl enerji layihələrinin həyata keçirilməsi” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, tədbirin gənclər, tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb.

     Qeyd olunub ki, yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdadır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanır.\

    Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulur.

     Tədbirdə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

Tədbirin sonunda yaradıcı tələbələrin “COP29” və “Yaşıl dünya”ya aid rəsm əsərləri nümayiş etdirildi.

Прокрутить вверх