Tələbələrin iştirakı ilə təmiz ətraf mühit barədə maarifləndirici tədbir keçirilmişdir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 04.10.2024-cü il tarixdə “Təmiz ətraf mühit” barədə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbələr ştirak etmişdir.

Tədbir giriş sözü ilə açan direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki,  Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verir. Eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildi­yi bildirdi.  Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlam­laşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həm­çinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlanılıb. 

Sonra çıxış edən kollecin müəllimi Salayev Oktay qeyd etmişdir ki, ölkəmizdə ekoloji maarifləndirmə tədbirlərinin artması, ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlər müsbət nəticəsini verir. Sağlam cəmiyyət üçün təmiz ekologiya ən vacib amillərdən hesab olunur. Azərbaycanda da ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli dövlətin prioritet məsələlərindəndir.

Tədbirin sonunda videoçarx  nümayiş olunmnuş, iştirakçılara bukletlər paylanılmışdır.

Прокрутить вверх