Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 17.10.2024-cü il tarixdə COP29-la bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyət iştirak etmişlər.
Çıxış edənlər bildirmişlər ki, 2024-ci ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. 2024-ci ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili” edilməsi də məhz buna bariz nümunədir.
Sonda COP29-la bağlı videoçarx nümayiş olunub