Kollecdə “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 02.10.2024-cü il tarixdə «»İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror» mövzusunda tədbir keçirilmişdir.

COP 29-un bu ilin noyabrında Bakıda keçiriləcək tədbirlər çərçivəsində  Azərbaycanda  müxtəlif işlər görülür. Sadəcə ölkə üçün deyil, dünya üçün önəmli olan beynəlxalq konfransla bağlı kollecimizdə də bir sıra tədbirlər planı həyata keçirir. Bunlardan biri də kollec tələbələrinin COP 29 -la bağlı müxtəlif istiqamətli maarifləndirilməsidir. Tədbirdə kollecimizin tarix müəllimləri tələbələr üçün “İşğal altında olan torpaqlarda törədilən ekoloji terror” mövzusunda açıq mühazirələr söylədilər.  Tədbirin sonunda sənədli film nümayiş olundu

Прокрутить вверх