Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Həmkarlar İttifaqının təşkilatçılığı ilə 04.10.2024-cü il tarixdə “5 oktyabr — Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Kollecimizin direktoru Bəxtiyar Bəxtiyarov tədbiri giriş sözü ilə açaraq, “5-Oktyabr — Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətində uğurlar arzulayıb.
O qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayeva çıxış edərək, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin “5-Oktyabr — Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbrikini kollektivə çatdırdıqdan sonra bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd etdi.
Tədbirin sonunda pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “5 Oktyabr — Beynəlxalq müəllimlər günü” münasibəti ilə kollecin direktoru Bəxtiyarov Bəxtiyar İbrahim oğlu, müəllimlər Suleymanova Bəturə Mahmud qızı və Kərimova Aysel Natiq qızı kollecin Həmkar İttifaqı Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edildilər.