Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 18.09.2024-cü il tarixdə “COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Çıxış edənlər bildirmişlər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub. İrimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi sözsüz ki, üzərimizə böyük məsuliyyətlər qoyur.
COP29 dünyada ən möhtəbər beynəlxalq tədbirlərdən sayılır. BMT Baş Assambleyasının qatıldıgı tədbirlərdəndir. Həm də Azərbaycan neft-qaz ölkəsi kimi də, bu sahədə öz mövqeyini göstərəcəkdir və dünyada hər kəs bir daha şahid olacaq ki, bizim gündəliyimiz yaşıl enerji ilə baglıdır. COP29 beynəlxalq tədbiri ölkəmizdə bütün keçirilən beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcəkdir.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5oC hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
Tədbirdə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıldı.