Kollecdə “ Ermənistan törətdiyi ekoloji terror aktları” mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 03.09.2024-cü il tarixdə  “Ermənistan törətdiyi ekoloji terror aktları” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə müəllim və texniki heyəti iştirak etmişdir.

 Tədbirdə çıxış edən direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, ölkəmizin ekoloji fəlakətlə üzləşdiyi problemlər var. Ermənistan işğal dövründə və sonrasında ərazilərə ekoloji baxımdan zərbə vurub. Bu günün özündə belə Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımızda, Zəngəzurda, Göyçə mahalında ekoloji fəlakət törədilir. Göyçə gölü ekoloji fəlakətlə üzləşir. Metsamor AES təkcə öz ölkəsi üçün yox, ümumilikdə region üçün ciddi təhlükədir. Bu təhlükəyə iki kontekstdən yanaşmaq olar. Birincisi Metsamor AES kifayət qədər köhnə bir sistemdir. İstənilən vaxtda baş verə biləcək sızıntı bölgədə nüvə təhlükəsi yarada bilər. İstənilən vaxtda baş verə biləcək sızıntı bölgədə nüvə təhlükəsi yarada bilər. Digər tərəfdən Metsamorun buraxdığı radiasiya bitki örtüyünə, havaya ciddi zərər vurur. İğdır bölgəsi Metsamora yaxındır. İnsanlarda son 30-40 ildə xərçəng xəstəliyi sürətlə yayılır. Bunun əsas səbəbi kimi Metsamor AES qiymətləndirilir».

Avropanın özü də bu məsələni gündəmə gətirir. Ermənistan söz vermişdi ki, 2005-ci ildə Metsamor AES ləğv ediləcək. Amma sözlərində durmadılar və prosesi uzatmağa davam edirlər:

Bu gün Ermənistanın törətdiyi ekoloji fəlakət Azərbaycana və Gürcüstana birbaşa təsir edir. Zəngəzurda mis zavodu var. Onları heç bir ekoloji qaydaları gözləmədən işlədiyinə dair məlumatlar var. Rəsmi Bakı bu məsələləri mütləq qaldıracaqdır. Bu bir fürsətdir və bugün dünyanın diqqəti adıçəkilən məqamlara yönləndiriləcək. Ermənistana müəyyən bir proqramlar təqdim edilməli və qəbul etdirilməlidir. COP29 bütün bu problemlərin həlli üçün əsas platforma olacaq».

Прокрутить вверх