“COP29 - “Yaşıl maarifləndirmə”də təhsilin rolu” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 19.08.2024-cü il tarixdə “COP29 — “Yaşıl maarifləndirmə”də təhsilin rolu” mövzusunda tədbir keçirulmişdir. Tədbirdə müəllim və texniki heyəti iştirak etmişlər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışdılar.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində təhsilalanları məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıldı.

Прокрутить вверх