“İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda dəyirmi masa

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 12.08.2024-cü il tarixdə  “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllim və texniki heyəti iştirak etmişdir.

COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni im­kanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan nüfuzunu göstərir. Çünki bu tədbir ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə konfransın və “yaşıl enerji”yə keçidin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına, həm də dövlətimizin dünyada söz sahibi olmasına göstərilən yorulmaz səy­dir. Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkə­miz COP29-u da uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək.

Respublikamız COP29-a ciddi hazırla­şır. Cari ilin fevral ayında 80-dən çox xarici QHT-in iştirakı ilə adıçəkilən konfransdan gözləntilərlə bağlı qlobal məsləhətləşmələr keçirilib. Afrika Səhiyyə Təşkilatları Asso­sasiyası ilə danışıqlar nəticəsində 109 xarici QHT-in Azərbaycanın COP29-a sədrliyinə dəstək bəyanatı verməsi reallaşdırılıb. Afri­kadan olan QHT-lərlə birgə onlayn platforma üzərində Afrika-Asiya Konsorsiumu yaradı­lıb və COP29-la bağlı ayda bir dəfə görüş­lərin keçirilməsinə başlanılıb, eyni zaman­da QHT-lərin məlumatlılığının artırılması məqsədilə vebinarlar təşkil edilib.

 Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

Прокрутить вверх