Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 09.07.2024-cü il tarixdə “Azərbaycanın COP-29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllim və texniki heyət iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışdılar. Bildirildi ki, Azərbaycanın COP 29-a sədrliyi, həm ölkəmiz, həm də dünya üçün mühüm bir hadisədir. Bu rol, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək. Gələcəyin qurulmasında Azərbaycanın bu mühüm rolu, iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlik və məsuliyyət nümunəsi olacaq.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və müzakirələr aparılıb.