Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 11.06.2024-cü il tarixdə “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllim və tələbə heyəti iştirak etmişdir.
Müasir mərhələdə yetişməkdə olan gənc nəslin ekoloji tərbiyəsi bəşəriyyətin qarşısında duran qlobal problemdir. Ekologiya ilə bağlı əksər sənədlərdə ətraf mühitin qorunmasının əhəmiyyəti və ekoloji tərbiyə məsələlərini vacibliyi öz əksini tapmışdır. Təbiətdən səmərəli istifadə və onun müdafiəsizamanı təbii prosesləri idarə edən qanunların nəzərə alınması vacibdir. Ekologiya dedikdə canlı təbiət və onun ayrı-ayrı tərkib hissələri ilə xarici aləmin qarşılıqlı münasibətləri, yaxud bu münasibətləri öyrənən elm nəzərdə tutulur.
Tədbirdə ilə ekologiya ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.