17 may 2024-cü ildə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Təbiətimizi qoruyaq” mövzusunda ərazidə yaşıllaşdırma işləri aparılmışdır. İməclikdə müəllim və tələbə heyəti iştirak etmişlər.
İməclik başlamamışdan qabaq Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim iştirakçılar qarşısında çıxış etmişdir. O, çıxışında vurğulamışdır ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə ekoloji problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yüz min hektarlarla yaşıllıq zonası salınmış, məqsədyönlü ekoloji siyasət həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.
İməclik zamanı tələbələr tərəfindən kollecin həyətində təmizlik işləri aparılıb, ərazidə çoxlu güllər əkilib. Ağacların dibi bellənib, ağardılıb.
Biz kollecimizin yaşıllğını qorumaqla həm sağlamlığımızı qoruyuruq, həm də kollecimizə gələn hər bir kəsin bu gözəlliklərdən zövq almalarına köməklik göstərmiş oluruq.
Sonda iməclikdə iştirak edən hər bir kəsə rəhbərliyin təşəkkürü çatdırılmışdır