Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir

May ayının 10-da  kollecin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının      99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbələri iştirak etmişlər. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqlik sükutla yad etdilər. Kollecin Tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad müəllim çıxış edərək Ulu Öndərin həyat və yaradıcılığından danışmışdır.  Kollecin müəllimləri  Quliyeva Səidə, Tağıyeva Kəmalə və Qurbanova Günel Ulu Öndər Heydər Əliyevin Müasir Azərbaycan Dövlətinin yaradılmasında misilsiz rolundan, onun keçdiyi zəngin həyat yolundan danışmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir