“Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda seminar keçirilib

Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları kollecimizdə “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda seminar keçirib.

Seminarı giriş sözü ilə Departamentin direktor müavini Ceyhun Hüseynov açaraq, “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda məruzə etdi.

Bildirildi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan təbiətinin mühafizəsi, bərpası və zənginləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, tətbiqi ekologiyanın fəaliyyətə başlandığını göstərir. Belə ki, təbiəti mühafizə işlərini daha da yaxşılaşdırmaq üçün 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair çox mühüm 8 qanun, 32 qərar qəbul olunub.

Sonra Departamentin sektor müdiri Vaqif Mansurov, baş məsləhətçi  Nazim Bədəlov, məsləhətçi Əli Ağakişiyev  çıxış edərək  Azərbaycan müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulması, bununla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılmasından danışıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir