Təhsil Tələbə Krediti ilə bağlı kollecdə görüş

Bildiyiniz  kimi, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılmış və Fondun nizamnaməsi təsdiq edilmişdir.

Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək və təhsilin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Bununla əlaqədar olaraq Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri kollecdə ödənişli əsaslarla təhsil alan tələbələrlə görüş keçirmişdir. Görüşdə Təhsil Tələbə Krediti ilə bağlı tələbələrə məlumat verilmiş, prezentasiyalar nümayiş etdirilmişdir. Təhsil Nazirliyinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir