Tələbə qəbulu

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə tələbə qəbulu

 

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci dövlət təhsil müəssisəsidir. Kollecdə müxtəlif ixtisaslar üzrə ümumi orta təhsil bazasından (9 illik) və tam orta təhsil bazasından (11 illik)  tələbə qəbulu aparılır. 9 illik təhsil bazasından və  11 illik təhsil bazasından Azərbaycan və Rus dillərində qəbul aparılır.

Sənəd qəbulu 9 illik və 11 illik təhsil bazasından TQDK tərəfindən İnternet vasitəsi ilə aparılır. Ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini cari ildə bitirən  abituriyentlər orta məktəbdə buraxılış imtahanın nəticələrinə əsasən müsabiqədə iştirak edir. Orta ümumtəhsil məktəbinin 9-cu və 11-ci siniflərini  əvvəlki illərdə bitirən abituriyentlər üçün TQDK tərəfindən test üsulu ilə qəbul imtahanı keçirilir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

Müsabiqədə iştirak ödənişlidir.”Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2019-cu il martın 31-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər:

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə – 2019-cu il mayın 5-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 26-da isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2018-ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər. “Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2019-cu il mayın 5-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 26-da isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

 

Qəbul imtahanı tam orta təhsil bazasından (11 illik) “Azərbaycan dili”, “Riyaziyyat” və “Xarici dil”  fənləri üzrə aparılır.

DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2019/2020-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ TAM ORTA TƏHSİL BAZASINDA TƏLƏBƏ QƏBULU ELAN EDİR

  1. Tamorta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tamorta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

 

Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15- dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır. Ərizələrin təsdiqi iki üsulla aparılır. Ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər müsabiqəyə buraxılmırlar.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bənd) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

 

1.1.             Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:

– Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

– Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirənabituriyentlər;

– Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

– 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizəverib onu təsdiq etdirmiş abituriyentlər.

 

1.2.             Digər abituriyentlər tələb olunan sənədləri (bax: 2-ci bənd) təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

– Azərbaycanda təhsil almış Azərbaycan Respublikasının vətəndaşları (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı ünvanlarda yaradılmış SQK-larda təsdiq etdirirlər:

DİM-in Naxçıvan MR Regional Bölməsi

(Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

(Lənkəran ş., H.Aslanov xiyabanı 52);

DİM-in Xaçmaz Regional Bölməsi

(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

(Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

(Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi

(Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

(Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –“west gate”).

Bakı Dövlət Universiteti

(Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti

(Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Universiteti

(Bakı ş., C.Hacıbəyli küçəsi, 71);

Sumqayıt Dövlət Universiteti

(Sumqayıt ş., 43-cü məhəllə);

 

–  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olanabituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini DİM-də (Bakı ş., M.Müşfiq, 1M) və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər;

 

2.   Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

 

–          elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı (şəxsiyyəti təsdiq edən sənədin FİN kodu);

 

–               tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı – “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə*);

 

–                              şəxsiyyəti təsdiq edən sənədin əslini:

 

  • Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
  • əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
  • vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  • qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

 

–                                  Azərbaycan Respublikasında orta ixtisas təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə orta ixtisas təhsili müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavə *);

–     əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

 

  1. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra 2019-cu il iyunun 24-dən iyulun 3-dək eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyalardan və onların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanı verirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə 2019-cu il iyulun 12-dən  17-dəkqabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və imtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imatahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları”jurnalının ikinci sayında nəşr ediləcəkdir. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

  1. Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə  tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

–      Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq;

–      Qapalı tipli 16 tapşırıq;

–      Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq.

Azərbaycan (rus) dili

–      Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

–      Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq.

Riyaziyyat

–      Qapalı tipli 13 tapşırıq;

–      Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;

–      Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq.

Qəbul imtahanında abituriyentlərin toplaya biləcəkləri maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. Səhv cavablar düz cavabların nəticəsinə təsir etmir. İmtahanın müddəti 3 saatdır.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər  və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər  və müsabiqədə Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2019-cu il aprelin 28-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər:

–         Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

–         Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını  doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

–          Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

–          Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda “Abituriyentin elektron ərizəsi” formasını  doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların imtahandan toplaya biləcəkləri maksimal ümumi balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

  1. Qəbul imtahanında iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən “İmtahana buraxılış vərəqəsi”ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:

–                İmtahana buraxılış vərəqəsini;

–                Şəxsiyyəti təsdiq edən sənədin əslini:

  • Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
  • əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
  • vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini və ya icazə vəsiqələrini;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  • qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazəvəsiqələrini;

–                 16 yaşı aprelin 1-dək tamam olmayan şəxslər (“yeni nəsil şəxsiyyət vəsiqəsi” olanlar istisna olmaqla), digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı (Əlavə 1).

İmtahana bir neçə gün qalmış abituriyent internet vasitəsilə şəxsi kabinetinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edir və imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı tələb olunan sənədləri də mütləq özü ilə gətirir.

6.   Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili fənnindən test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituri­yentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azər­baycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı iki dəfə – 2019-cu il mayın 5-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 26-da isə yalnız Bakı və Nax­çı­van şəhərlərində keçirilir.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində mayın 5-də verdikləri “Azərbaycan dili” (dövlət dili kimi) fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda imtahan ödənişli olur və abituriyentin öz hesabına keçirilir.

 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı verirlər. İmtahandan “məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

2019-cu il mayın 5-də keçirilən (birinci) imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari il məzunları, mayın 26-da keçirilən (ikinci) imtahanda iştirak etmək üçün 2019-cu il mayın 8-dən 14-dək eservices.dim.gov.az/erizebak/azdili internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azər­baycan dili” (dövlət dili kimi) fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

 “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2018-ci ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

 

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla yanaşı, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün də ərizə verən abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla yanaşı, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün də ərizə verən abituriyentlər 2019-cu il mayın 5-də keçirilən birinci imtahanda ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə, mayın 26-da keçirilən ikinci imtahanda isə ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahanda iştirak edirlər. Qeyd edək ki, birinci imtahanın nəticəsi yalnız ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı, ikinci imtahanın nəticəsi isə yalnız ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır.

Abituriyentlər birinci imtahanda iştirak etmədikləri və yaxud “qeyri-məqbul” aldıqları (cari il məzunlarının buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balları 50-dən az olduğu) halda və ikinci imtahanda da təkrar olaraq ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni imtahanında iştirak etmək istədikləri halda, 2019-cu il mayın 8-dən 14-dəkeservices.dim.gov.az/erizebak/azdili internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən abituriyentlər mayın 26-da keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni  imtahanını ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə verirlər və ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

  1. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi­qəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

 

 

 

 

 

 

  1. Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir:

–          təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

–          riyaziyyat fənni üzrə imtahan balı.

–          Azərbaycan (rus) dili fənni üzrə imtahan balı;

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

 

  1. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

– saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

– imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

– yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

– səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

– başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

– nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

– cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

 

  1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Balların hesablanma qaydası

 

Abituriyentlərin qəbul imtahanında toplaya biləcəkləri maksimal bal 300-dür. Cari ilin məzunları üçün qəbul imtahanının nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

Qəbul imtahanının (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası

Qəbul imtahanında şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

 

Fənnin adı Tapşırıqların sayı Nisbi balın hesablanması düsturu
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və ya
fars dili)
–          Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq;

–          Qapalı tipli 16 tapşırıq;

–          Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq:  yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq.

Cəmi: 30 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(qapalı))

 

Maksimal bal: 100

Azərbaycan (rus) dili –          Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

–          Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq (cəmi 20 tapşırıq).

Cəmi: 30 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(qapalı))

 

Maksimal bal: 100

Riyaziyyat –          Qapalı tipli 13 tapşırıq.

–          Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;

–          Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq;

Cəmi: 25 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(açıq, kod)+ +nd(qapalı))

 

Maksimal bal: 100

 

İmtahan üzrə toplanıla bilən maksimal ümumi bal: 300

Qeyd. 1. nd(açıq, kod) – cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;

                nd(qapalı) – qapalı tipli tapşırıqlar üzrə balların cəmi;

                nd(açıq, yazılı) – yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.

 

  1. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab
    1 balla qiymətləndirilir.
  2. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
    0, ,  ,  və ya 1 balla qiymətləndirilə bilər.

Abituriyentin qəbul imtahanı (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

 

 

 

 

 

 

 

 

 

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilmişdir:

Xidmətlərin  adı Ölçü vahidi Tarif*

 

(ƏDV-siz, manat)

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı 1 iştirak üçün 20
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən

ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün 20
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə  test imtahanı  (ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) 1 iştirak üçün 10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının (4-cü bənddə göstərilən hallarda) əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus  dili fənnindən imtahan  

1 iştirak üçün

 

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı  

1 iştirak üçün

 

10

* Bu qiymətlərdən ƏDV tutulmur.

 

QEYD 1: Orta ixtisas müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə müraciət edən və cari ildə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ilk imtahanda iştirak etmədiyi və yaxud “qeyri-məqbul” aldığı halda, Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə 26 maydakı ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir. 

 

QEYD 2: Şəxsi kabinetinizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. Şəxsi kabinetinizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı tutulacaq.

 

QEYD 3: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı həmin abituriyentlərin hesabına həyata keçirilir.

Bu qaydalarla tanış olmaq üçün TQDK –nın internet saytlarına daxil olub və abituriyent jurnallarından istifadə etmək olar.

Internet saytları:
www.tqdk.gov.az
wap.tqdk.gov.az
www.abituriyent.az