Təbrik edirik, Hakim müəllim

 

Kollecimizin tarix müəllimi Hakim müəllimi tarix elmləri doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edirik.

       Məlumat üçün qeyd edək ki, Hakim İsakov 1953-cü ildə avqust ayının 11-də Şəki şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 60 çapdan çıxmış elmi əsəri var.

     2000-ci ildə “Azərbaycan Respublikası dəniz nəqliyyatının inkişaf tarixi (90-cı illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

     2020-ci ildə “Böyük ipək yolunun bərpası siyasəti və Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişaf perspektivləri (1991-2005-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir