Osmanov Ağaxan Sahibcan oğlu
Osmanov Ağaxan Sahibcan oğlu 1955-ci il avqust ayında Dəvəçi rayonunun Çuxurzəmi kəndində anadan olub.
1973-cü ildə Dəvəçi rayonunda Tofiq Abbasov adına 1 nömrəli şəhər orta məktəbini bitirib.
1976-cı ildə Bakı Rabitə Elektro texnikumunu bitirib.
1979-cu ilin Bakı Rabitə Elektro texnikumunda laborant.
1981-ci ildə Azərbaycan Politexnik İnsitutuna daxil olub.
1985-ci ildə Azərbaycan Politexnik İnsitutunu elektrotexnika fakultəsinin “avtomatik elektrik rabitəsi” mühəndisi ixtisası üzrə bitirib.
04.06.1979 – Bakı Rabitə Elektro texnikumunda müəllim
22.09.1986 – Bakı Rabitə Elektro texnikumunda tərbiyəçi müəllim
01.03.1991 –Bakı Dövlət Rabitə Kollecində emalatxana müdiri
01.09.1995 – Bakı Dövlət Rabitə Kollecində Fənn birıəşmə komissiyasının sədri
02.09.1996 – Bakı Dövlət Rabitə Kollecində Elektrik rabitəsi şöbəsinin müdiri.
05.10.2011 – Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədris hissə müdiri.
27.09.2014 – Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Nəqliyyat şöbəsinin müdiri.
06.09.2016 – Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində laborotoriya müdiri.
12.04.2018 – Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Tədris hissə müdiri – Hal hazırda həmin vəzifədə işləyir eyni zamanda itisas üzrə aparıcı müəllim.
2001-ci ildən 2016-cı ilə kimi BDRNK-nın ictimai əsaslarla Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsində çalışıb.
Təhsil Nazirliyi tərəfindən 2010-cu il tarixində “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif edilib.
NGN texnologiyalı yeni nəsil kommutasiya sistemlərinin layihələndirilməsinə aid metodik vəsaitin müəllifi.
İxtisas üzrə tədris proqramlarının müəllifi.