Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru,
texnika elmləri üzrə fəlsəfə doktoru- dosent Bəxtiyarov Bəxtiyar İbrahim oğlu
Bəxtiyarov Bəxtiyar İbrahim oğlu 09.07.1957-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur.
1974-cü ildə Bakı şəhər 225 saylı orta məktəbi bitirib. 1979-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitunun “İnşaat Texnologiyası” fakultəsinin “Tikinti məmulatı və konstruksiyalarının istehsalı (inşaatçı-mühəndis-texnoloq)” ixtisasını bitirib. İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan Su Tikinti Nazirliyinə baş usta vəzifəsinə göndərilib.
1979-cü ildən 1981-ci ilə kimi Sovet Ordu sıralarında xitmət edib.
1981-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun nəzdindəki xüsusi konstruktor bürosunda mühəndis, baş mühəndis, 1989-1990-cı illərdə Bakı şəhəri 26 Bakı Komissarı rayon partiya komitəsində və Azərbaycan Elmlər Akademiyasının partiya komitəsində təlimatçı, 1990-1999-cu illərdə Azərbaycan Texnologiya İnstitunun Bakı şəhərindəki filialında assisent, Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitunda dosent, magistratura şöbəsinin müdiri, 2000-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnzibati Təsərrüfat işləri üzrə prorektoru, 2012 –2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ümumi hazırlıq” kafedrasında dosent, eyni zamanda 2014-2015-ci illərdə “Caspian Inspection Company” MMC-də tikinti materialları üzrə müşavir vəzifələrində çalışıb.
2015-ci ildən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktorudur.
Ailəlidir. 3 övladı var.
1985-ci ildə fizika-riyaziyyat elmləri namizədi adına layiq görülüb. 23 elmi əsərin müəllifidir.
1995-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür.