Direktor müavinləri

Tədris işləri üzrə direktor müavini

Salehzadə Üzeyir Şahid oğlu

Salehzade Üzeyir Şahid oğlu 1960-ci ildə Daşkəsən rayonunda anadan olub.

1978-1983-cü illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu(Azərbaycan Texniki Universitet) “Avtomobil nəqliyyatın istismarı” ixtisası üzrə bitirib.

1983-1994-cü illərdə Avtomobil Nəqliyyat Nazirliyinin ixtisas artırma və kadrların hazırlanması üzrə tədris kurs kombinatında müəllim vəzifəsində işləyib.

1994-1996-cı illərdə Bakı ş. İcra Hakimiyyəti “Sərnişinnəqliyyat” dövlət konsernidə dispetçer işləyib.

1996-1998-ci illərdə “Xəzər” kiçik muəssəsində menecer işləyib.

1998-2004-cü illərdə Bakı Sənayə Pedaqoji Texnikimunda müəllim kimi çalışıb.

1999-2003-cü illərdə Odlar Yurdu Universitetində əvəzçiliklə baş müəllim işləyib.

2003-2005-ci illərdə Azərbaycan Memarliq və İnşaat Universitetində baş müəllim.

2005-2015-ci illərdə Azərbaycan Memarliq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində tədris işləri üzrə direktor müavini işləyib.

2015-2016-cı illərdə Bakı İdarəetmə və Texnologiya kollecində tədris hissə müdiri.

2016-2018 ci illərd Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində tədris hissə müdiri.

2018-ci ildən Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində tədris işləri üzrə direktor müavini işləyir.

Məmmədov Şahmurad Zöhtün oğlu

Tərbiyə işləri üzrə direktor müavini

 

1965-ci ildə aprelin 4-də Qərbi Azərbaycanin Krasnoselo Rayonunun Gölkənd kəndində anadan olub.

1972-1982-ci illərdə S.Vurğun adına Gölkənd orta məktəbini bitirib.

1983-1985-ci illərdə SSRİ ordu sıralarında Vladivostok şəhərində həqiqi hərbi xidmətə çağırılmışdir.

1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində(əyani şöbə) təhsil almışdır.

1991-1997-ci illərdə AMEA-nın Polimer Materiallari İnstitutunda mühəndis-kimyaçı vəzifəsində işləmişdir.

1993-1995-ci illərdə AMEA-nın kimya ixtisası üzrə aspirantura bitirib(əyani şöbə)

1997-1999-cu illərdə Təfəkkür Universitetində laboratoriya müdiri vəzifəsində işləmışdir.

1999-2001-ci illərdə Bakı Dövlət Universitetində təsərrüfat müdiri vəzifəsində işləmişdir.

2001-2002-ci illərdə Bakı Dəmiryolu Texnikumunda tərbiyyə  işləri üzrə direktor müavini işləyib.

2002-ci ildən etibarən  Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.

3 şeir kitabının müəllifidir.

 

Səfiyev İsmayıl Allahverdi oğlu

Təsərrüfat üzrə direktor müavini

 1959-cu il sentyabrın  23-də Zəngilan rayonunun Şayıflı kəndində anadan olmuşdur.

1976-cı ildə Zəngilan rayonunun Şayıflı kənd orta məktəbini bitirmişdir.

1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun “Avtonəqliyyat” fakultəsini bitirmişdir.

Uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində işləmişdir.

2016-cı ilin oktyabr ayından Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat  Kollecinə İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.