Cabbarlı Elxan Qulam oğlu- şöbə müdiri
30 may 1957-ci ildə Siyəzən şəhərində anadan olub.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib.
1980-1983-cü illərdə Siyəzən şəhəri 3 saylı orta məktəbdə müəllim, 1984-1986-cı illərdə Mərkəzi Statistika İdarəsində iqtisadçı, 1986-cı ildən Bakı Rabitə Elektrotexnikumda (indiki Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) laborant, 1990-dan böyük mühəndis, 1995-dən 2011-ci ilədək müəllim vəzifələrində çalışıb
2011-ci ildən Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində “Qiyabi” şöbənin müdiri vəzifəsində işləyir.