PAYIZ İMTAHAN SESSİYASI BAŞLANDI

05.01.2018-ci il tarixindən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Payız imtahan sessiyası başlanmışdır. Təhsil Nazirliyinin əmrinə əsasən kollecdə imtahan Qərargahı yaradılmış, Apelyssiya komissiyası təşkil olunmuşdur.

Payız imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Azərbaycan Texniki Universitetinin Elmi İşlər üzrə prorektoru İlham Pirməmmədov başda olmaqla geniş tərkibdə professor-müəllim heyəti kollecdə olmuşlar.Onlar imtahanların təşkili və gedişatı ilə yaxından tanış olmuş, imtahan otaqlarında olaraq tələbələrlə ünsiyyətdə olaraq onların imtahanların aparılması ilə əlaqədar fikirlərini öyrənmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir