Onlayn dərslər uğurla davam edir

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il mart ayının 3-dən  may ayının 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Bu gün isə gündəmdə duran əsas məsələ tələbələrin təhsildən geri qalmaması, akademik göstəricilərinin aşağı düşməsinin qarşısının alınmasıdır.

Kollec rəhbərliyi tərəfindən 30 mart 2020-ci ildə onlayn tədris prosesi başladı. Onlayn dərslər məcburi xarakter daşımasa da,  bütün müəllim və tələbələr bu prosesə qoşuldu. İlk növbədə whatsapp platformasında fənn birləşmələri, şöbələr ayrıca qrup acaraq idarəetməni ordan təşkil etdilər. Qısa bir zamanda onlayn tədrisə qoşulan tələbələrin iştirak göstəriciləri 97 faizə çatdı.

İndi müəllim heyəti qruplarla dərslərini semestrin əvvəlində qəbul edilmiş dərs cədvəlinə uyğun olaraq whatsapp, skype, teams, zoom platformasında keçirlər.

Bundan əlavə 140-a yaxın videodərs və 120-dən elektron mühazirə hazırlanaraq youtube kanalında və kollecin saytında yerləşdirilib. Onlayn qaydada dərsə qoşula bilməyən tələbələr kollecin saytında hər bir fənn üzrə yerləşdirilmiş materialları əldə edə bilərlər. 

Həftə sonu kollec rəhbərliyi fənn birləşmə sədrləri, şöbə müdirləri  ilə videokonfrans keçirərək hesabatları  qəbul edir, müzakirələr aparır və həftəyə yekun vururlar

Onlayn qaydada təşkil olunmuş dərslər barədə statistik məlumatlar hər həftənin sonu kollecin saytına yerləşdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir