“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlzalq mübarizə günü” ilə əlaqədar tədbir

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə uyğun olaraq tələbələrin antinarkotik dünyagörüşünün formalaşması məqsədi ilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda ictimai mühazirə keçirilmişdir.

Mühazirədə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak etmişdir. İctimai mühazirəni kollecin direktoru Bəxtiyar Bəxtiyarov açaraq tələbələrin antinarkotik dünyagörüşünun formalaşması mövzusunda geniş və ətraflı məlumat verdi. Kollecin tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad bu mövzuda geniş mühazirə etmişdir. O çıxışında bildirmişdir ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomafiyadır. Artıq  “Ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın ağır nəticələrindən böyük ziyan çəkir. Azərbaycan höküməti ümumbəşəri problemə çevirilən narkomaniyanın qarşısının alınması məqsədi ilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ökələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Buna görə də elə məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir