Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü

26 iyun tarixində kollecimizdə Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günündə “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov açmışdır. Şahmurad müəllim çıxışında psixotrop maddələrin insanlarda asılılıq yaratdığını, narkomanın isə narkotik vasitəni almağa pulu olmadıqda hər cür vasitəyə – oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl atdığını diqqətə çatdırmışdır. Həmçinin o, narkotik və psixotrop maddələr haqqında geniş məlumat verərək gənclərin bundan çəkinməsi üçün maarifləndirilməsinin vacib olduğunu bildirmişdir. Tədbirin sonunda narkotik və psixotrop maddələrin fəsadları barədə videoçarx nümayiş etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir