Narkomaniyaya qarşı mübarizə

 18 iyun 2021-ci il tarixində kollecimizdə “Narkomaniyaya qarşı mübarizə” adlı onlayn tədbir keçirilmişdir.

   Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov bildirmişdir ki, bu gün Narkotiklərin qanunsuz dövriyyəsi transmilli xarakter kəsb edərək, bütün bəşəriyyəti təhdid edən qlobal təhlükəyə çevrilmişdir. Narkomaniya kriminogen vəziyyətin daha da pisləşməsinə təkan verir, bir sıra ağır xəstəliklərin yayılmasını sürətləndirir, əxlaqi dəyərlərin devalvasiyası, şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir.

   Narkomaniyaya qarşı ardıcıl mübarizə üçün bütün imkanlar səfərbər olunmalıdır. Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların  şüurlu vətəndaşlar kimi formalaşması Azərbaycan Respublikasında reallaşdırılan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdu.  Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın layihəsində bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi  nəzərdə tutulur. 

 Tədbir zamanı narkomaniyaya həsr olunmuş film nümayiş edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir