Kollecdə koronavirus təhlükəsinə görə dezinfeksiya işləri aparılıb

      Azərbaycanda yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 29-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
       Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 125 ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

       Azərbaycanda bu günə kimi 34 yoluxma faktı qeydə alınıb. Onlardan 1 nəfəri ölüb, 10 nəfəri sağalıb və hazırda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır.
      Kollecdə dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Kollecin bütün laboratoriyaları, auditoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Kollecdə mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir