Hərbi hazırlıq rəhbəri

Salayev Oktay Ağacan oğlu

Salayev Oktay Ağacan oğlu 1976-cı il dekabr ayının 19-da Bakı şəhərində anadan olub.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə qəbul olub.

1997-ci ildə həmin məktəbi taktiki rabitə qoşunları komandiri ixtisası (mülki ixtisası elektrikli rabitə vasitələri üzrə mühəndis) üzrə bitirib.

1997-2014 tarixlərdə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.

Xidmət dövrü ərzində 25.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, 26.06.2005-ci il tarixdə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, 17.03.2013-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı və 24.06.2013-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı ilə təltif olunub.

2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən kapitan hərbi rütbəsində ehtiyata buraxılıb.

1999-cu ildə NATO zabitlərin təkmilləşdirmə kursunu, 2016-cı ildə  Azərbaycan Pedoqoji Universiteti, Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin ixtisasartırma kursunu, 2017-ci ildə Mülki Müdafiə İdarəsinin Mərkəzi Mülki Müdafiə kursunu bitirib.

2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür

2015-ci ildən Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində hərbi hazırlıq rəhbəri vəzifəsində işləyir.

3 dərsliyin (Mülki Müdafiə, Həyat fəaliyyətinin təhlükəsizliyi, Kosmik rabitə və yerüstü teleradioyayım sistemləri), 1 dərs vəsaitinin (Gənclərin çağırışaqədərki hazırlığı) və 2 fənn proqramının müəllifidir.