“Gənclərin vətənpərvərlik tərbiyəsində milli mənəvi dəyərlərin rolu” mövzusunda onlayn konfrans

9 iyun 2021-ci il tarixdə kollecimizdə  “Gəncləri vətənpərvərlik tərbiyəsində milli mənəvi dəyərlərin rolu”  mövzusunda tələbələrlə online konfrans keçirilmişdir.
İlk əvvəl torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə hərbi rəhbər Oktay Salayev açaraq, bildirdi ki, insana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında vətənpərvərlik hissi mühüm yer tutur. Bu müqəddəs hissin lap kiçik yaşlardan aşılanması böyük əhəmiyyət kəsb edir. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

 Daha sonra çıxış edənlərdən tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov çıxışında bildirdi ki, hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Bu gün nizamlı ordumuz var və ordumuz hər gün güclənməkdədir. Azərbaycanın silahlı qüvvələri getdikcə təkmilləşir, təcrübə qazanır, peşəkarlığını artırır, döyüş qabiliyyətini yüksəldir. O cümlədən ordunun təminatı artdıqca, xidmətkeçmə də asanlaşır. Bu həm əsgər və zabitlərimizdə, həm də xalq arasında vətənpərvərlik hissinin artmasına təkan verir. Vətənpərvərlik ruhu isə hər bir xalqın, dövlətin inkişafında mühüm rol oynayır.

Tədbiriv sonunda Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film nümayiş olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir