Arxiv müdiri

Hüseynova Afət Məlik qızı

Hüseynova Afət Məlik qızı 1966-cı il mart ayının 19-da Bakı şəhərində anadan olmuşdur.

 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

1990-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis  ixtisası üzrə bitirmişdir.

1984-1987- ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda laborant;

1987-1992-ci illərdə “AzəriQaznəql” İstehsalat birliyində baş mühəndis;

1992- 2012-ci illərdə “AzəriQaznəql” İstehsalat birliyində tikinti şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2016-cı ildən Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Arxiv müdiri vəzifəsində çalışır.

1987-2012-ci illərdə işlədiyi “AzəriQaznəql”İstehsalat Birliyində coxsaylı fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlanmışdır.