60 illik yubileyiniz mübarək, Şöhlə müəllimə

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Poçt rabitəsi və mühasibat uçotu” şöbəsinin müdiri Dadaşova Şöhlə Yavər qızını 60 illik yubileyi münasibətilə təbrik edirik.  

Şöhlə müəllimə 1979-1984-cü illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (İqtisad Universiteti) Maliyyə-audit ixtisası üzrə təhsil alıb.04.10.1979-cu il tarixdən Bakı Rabitə Elektrotexnikumunda işə başlamışdır. 2000-2011-ci illərdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Poçt rabitəsi və iqtisadiyyat” fənn birləşməsinin sədri, 2011-2014-cü illərdə “Poçt rabitəsi və mühasibat uçotu” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.  2020-ci ildən “Poçt rabitəsi və mühasibat uçotu” şöbəsinin müdiri vəzifəsində çalışır. Şöhlə müəllimə 1984-cü ildən kollecdə peoqoji fəaliyyətlə məşğuldur. Kollecin ictimai həyatındakı fəal iştirak edir.

Şöhlə müəlliməni 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, Uca Tanrıdan ona möhkəm cansağlığı, uzun ömür diləyirik. 60 yaş yaradıcı insanın ən kamil vaxtıdır. Şöhlə müəllimə bu kamilliyi həyat amalına çevirməyi bacarmış istedadlı pedaqoqdur. Arzu edirik ki, illərin təcrübəsinin bəxş etdiyi keyfiyyətlər Şöhlə müəlliməni daha yüksək zirvələrə daşısın.
60 illik yubileyiniz mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir