12 noyabr 2021-ci il tarixdə 12 noyabr – Konstitusiya günü ilə bağlı Yeni Azərbaycan Partiyasının Yasamal rayonu A.M.Şərifzadə – 131 ərazi partiya təşkilatı tərəfindən müəllim və tələbə heyətinin iştirakı ilə tədbir keçirilmişdir. Sədr Rahilə Abdinova tədbir açıq elan etdikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir.

        Rahilə müəllimə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

         Çıxış edənlər 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu – Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etmişlər.
        Sonda Rahilə müəllimə iştirakçıları bayram münasibəti ilə təbrik etdi və tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.

One thought on “”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir