26 iyun – Silahlı Qüvvələr Günü

26 iyun tarixində kollecimizdə Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbir dövlət himni ilə başlamış, sonra isə tədbiri giriş sözü ilə kollecin hərbi rəhbəri Salayev Oktay açaraq bildirmişdir ki, Silahlı Qüvvələrin yaranmasının 103 – cü ildönümü Respublikamızda təntənəli şəkildə qeyd olunur. Müzəffər ordumuz 30 il işğalçı Ermənistanın əsarətində qalan Azərbaycan torpaqlarını qısa bir müddət ərzində işğaldan azad etmiş və Ermənistan silahlı qüvvələrini darmadağın etmişdir.
Sonra söz kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllimə verilmişdir. Şahmurad müəllim kollecin tələbə və müəllimlərini təbrik edərək şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləmişdir. Müharibənin taleyini başda Ali baş komandanımız İlham Əliyev olmaqla döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri həll etmişlər.
Övladları Vətənə öz borclarını verən müəllimlərimizdən YAP ilk təşkilatının sədri, Telekommunikasiya şöbəsinin müdiri Rahilə Abdinova və Azərbaycan dili və ədəbiyyatı fənn birləşməsinin müəllimi Musayeva Aminə çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından, inkişaf tarixindən, ölkəmizdə gedən ordu quruculuğundan və 44 günlük müharibədən ətraflı danışmışlar.
Tədbirin sonunda Silahlı Qüvvələrimizə aid qısametrajlı film göstərilmiş, tələbələrin iştirakı ilə ordumuza və qələbəmizə həsr olunmuş şeirlər səsləndirilmişdir.
Tədbirdə kollecin aşağıda adları göstərilən tələbələri çıxış etmişlər :
1. Şərbətəli Röya
2. Zeynalova Şəhanə
3. Qədirli Samidə
4. Əhmədova Türkan
5. Vəliyeva Gülşən
6. Əmirov Elmar
7. Həmzəliyeva Nurtac
8. Mehdizadə Aytac
9. Ağayeva Seyranə
10. Həsənli Gülzar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir