14 dekabr 2021-ci il tarixdə Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Həmkar lar İttifaqı Komitəsi tədbir keçirmişdir. Tədbirdə HİK sədri Aygün Musayeva, tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov, hərbi rəhbər Oktay Salayev, kollecin qruplar üzrə tələbə həmkarlar sədrləri və fəal tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edən sədr Aygün Musayeva 2021-ci ildə görülən işlər haqqında bildirmişdir ki, kollecin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmiş, kollecin müəllim və tələbələrinin mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülmüşdür. Hər il gənclər üçün təşkil edilən bədii yaradıcılıq müsabiqələri istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə yanaşı, tələbələrin cəmiyyətdə fəallığının artmasına yönələn tədbirlərdir.
Tədbirdə həmkarlar ittifaqındakı fəal iştiraklarına görə bir qrup şəxs fəxri fərman və diplomlarla təltif olunmuşlar.