Ümummilli lider Heydər Əliyevin anım günü

     10 dekabr 2021-ci il tarixdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “ümummilli lider Heydər Əliyevin anım günü” mövzusunda onlayn tədbir keçirilmişdir. Tədbir Dövlət Himninin səslənməsi ilə açılmışdır. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Məmmədov Şahmurad çıxış edərək bildirmişdir ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də  az olar.

    Şahmurad müəllim çıxışının sonunda bildirmişdir ki,  Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir.

Sonra isə söz tələbələrimizə verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir